Məhsul axtarışı

Təkərin üzərindəki rəqəmlər nəyi bildirir?

Təkərin üzərindəki rəqəmlər nəyi bildirir?

Təkər alarkən yalnız markaya və ya qiymətə baxmaq kifayət deyil. Təkərin üzərində olan rəqəmlər – xüsusilə də istehsal tarixi – onun təhlükəsizliyi və keyfiyyəti baxımından çox önəmlidir. ? İstehsal Tarixi Necə Oxunur?

Təkərlərin yan hissəsində (sidewall) DOT ilə başlayan bir kod olur. Bu kodun sonundakı 4 rəqəm təkərin istehsal olunduğu həftəni və ili göstərir.

Məsələn: DOT X0T4 2319 23 – təkərin 23-cü həftəsində 19 – 2019-cu ildə istehsal olunduğunu göstərir. Bu o deməkdir ki, həmin təkər 2019-cu ilin iyun ayına yaxın bir vaxtda istehsal edilib.

⏳ Təkərin Yaşı Niyə Vacibdir?

Təkərlər zamanla sərtləşir və elastikliyini itirir. İstifadə olunmasa belə, təkərlərin ömrü maksimum 5-6 ildir. Bu müddətdən sonra təkər daha sürüşkən, zəif və təhlükəli ola bilər. ? Təzə görünsə belə, köhnə tarixli təkəri almaq risklidir. ?

Məsləhət: Təkər alarkən mütləq: İstehsal tarixinə baxın. 4 ildən köhnə təkərləri tövsiyə etmirik. Satıcıdan zəmanət və tarix barədə məlumat istəyin.